00:38 / 19-05-2025
Baydendə ağır xəstəlik aşkar ediblər
18:12 / 18-05-2025
Mənim çayımı tünd elə, a bala! - İmarət Cəlilqızı yazır
17:40 / 18-05-2025
Hikmət Hacıyev: Sülh üçün ideal şərait yaranıb
17:34 / 18-05-2025
İlham Əliyevin nəvəsi dünya çempionu olub
12:42 / 18-05-2025
Sabah hava necə olacaq? - Proqnoz
10:03 / 18-05-2025
Polşada prezident seçkisi keçirilir
08:36 / 18-05-2025
“Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi müəyyənləşib
19:28 / 17-05-2025
İranın konsorsium ideyası... - Tehran Körfəz qonşularına arxalanmaq istəyir
19:28 / 17-05-2025
General vəzifədən çıxarılıb
18:30 / 17-05-2025
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb
15:54 / 17-05-2025
Ədalət Partiyasına yeni sədr seçiblər - Yenilənib
13:59 / 17-05-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:15 / 17-05-2025
Dövlət qulluqçularının reyestri aparılacaq - Fərman
13:00 / 17-05-2025
İlham Əliyev Tokayevə zəng edib
12:52 / 17-05-2025
Prokurorluq və DİN məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
12:06 / 17-05-2025
Sabahın hava proqnozu açıqlanıb
10:38 / 17-05-2025
Venera planetində yaşayış mümkündür
09:35 / 17-05-2025
Kim Çen In orduya "müharibəyə hazır ol" tapşırığı verib
09:32 / 17-05-2025
Səfir Trampa görə istefa verib
09:18 / 17-05-2025
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
00:07 / 17-05-2025
İlham Əliyev Azərbaycana dönüb
21:39 / 16-05-2025
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
21:31 / 16-05-2025
Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabat məhkəmədə nümayiş olunub - Yenilənib
19:47 / 16-05-2025
Bu generallar üçün yaş məhdudiyyəti ləğv edilir
19:17 / 16-05-2025
Oleq Bakinskinin məhkəməsində mülki iddia qaldırılıb
18:31 / 16-05-2025
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
18:20 / 16-05-2025
MDB-nin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - Fotolar
17:38 / 16-05-2025
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
17:37 / 16-05-2025
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16:02 / 16-05-2025
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
08:33 / 14-05-2025

15:02 / 16-05-2025

23:22 / 14-05-2025

10:14 / 15-05-2025

15:22 / 15-05-2025

12:42 / 15-05-2025

11:59 / 15-05-2025

19:34 / 14-05-2025

13:11 / 14-05-2025

14:34 / 14-05-2025

17:37 / 16-05-2025

“Facebook”un 18 milyon postu silməsinin səbəbi açıqlanıb
Tarix: 21-05-2021 13:36 | Bölmə: Cəmiyyət

Kanadanın “Global News” kanalının internet səhifəsində dərc edilmiş “Facebook”da saxta xəbərlər: COVİD-19 barədə dezinformasiyanı əks etdirən 18 milyon post silinib” başlıqlı məqalə yayımlanıb. Müəllifi Reyçel Qilmor məqalədə qeyd olunur ki, “Facebook” şirkəti bu həftə yeni bəyanatla çıxış edib. Bəyanata əsasən, “Facebook” və “İnstagram” sosial şəbəkələri pandemiya başlayandan bəri 18 milyon postu silməli olub. Səbəb həmin postların COVİD-19-la əlaqədar saxta məlumatları əks etdirməsidir.
Ümumilikdə şirkətin informasiya etibarlılığına məsul olan əməkdaşları 167 milyondan çox postu “saxta məlumat” kimi qiymətləndiriblər. Ancaq şirkət həmin postların hamısını silməyib, çünki “Facebook” nümayəndələrinin sözlərinə görə, o postlarda COVİD-19 barədə dezinformasiya olsa da, təhlükə yaratmayıb.
Bu rəqəmlər “Facebook”un şirkət standartlarının tətbiqi barədə hesabatında yer alıb. Hesabatda yanvar ayından mart ayına qədərki dövrdə “Facebook”un yeni standartlar siyasətinin nə dərəcədə həyata keçirildiyi təhlil olunur.
Hesabatda deyilir ki, pandemiyanın başlandığı vaxtdan 2021-ci ilin aprel ayına qədər “Facebook” şirkəti “Facebook” və “İnstagram” sosial şəbəkələrindən 18 milyondan çox postu silib. Çünki həmin postlar COVİD-19 barədə dezinformasiya daşıyıcısı olmaqla insanları yanlış istiqamətə yönəldə və sağlamlığa ziyan vura bilərdi. Bu isə “Facebook” şirkətinin tətbiq etdiyi siyasətlərin pozulması deməkdir.
“Biz həmçinin peyvəndlərə müsbət yanaşma formalaşdırmaq, peyvəndlər barədə dezinformasiyaya qarşı mübarizə aparmaq üçün tədbirlər görürük”,- deyə hesabatda bildirilir.
“Facebook” nümayəndələrinin sözlərinə görə, bu tədbirlərə sosial şəbəkə stikerlərinin hazırlanması da daxildir. Sosial şəbəkə istifadəçiləri stikerlər sayəsində öz ailə üzvlərinin və dostlarının peyvənd olunmasından xəbər tutacaqlar.
“Facebook” şirkəti istifadəçiləri peyvəndlər barədə dəqiq informasiya verən məzmunlara yönləndirməyi də nəzərdə tutur.
“Bütün bunlar bizim insanlarda peyvəndləmə barədə müsbət fikir formalaşdırmaq niyyətimizin bir hissəsidir. Düşünürük ki, səsimizi daha böyük kütləyə çatdıra bildiyimizə görə bu məsələdə həqiqətən də bir dönüş yarada bilərik”, - bu fikirləri “Facebook”un nümayəndəsi bir mətbuat konfransında səsləndirib.
Mövzuya münasibət bildirən ekspertin sözlərinə görə, COVİD-19 barədə yayılan dezinformasiya sosial şəbəkələrdə digər məsələlərlə bağlı yer alan bütün saxta məlumatlardan daha təhlükəlidir.
“Əgər dezinformasiyanın predmeti koronavirusdursa, deməli, vəziyyət daha təhlükəlidir. Çünki COVİD-19 barədə yayılan saxta məlumatlar adi dezinformasiya deyil, tibbi dezinformasiyadır. Bu isə insanlara daha böyük zərər vura, hətta ölümlə nəticələnə bilər” deyə Nevada Universitetinin tədqiqatçısı Meri Blankenşip bildirib. Tədqiqatçı bu fikirləri “Twitter” sosial şəbəkəsində yayılan saxta məlumatlar barədə çıxış edərkən səsləndirib.
Meri Blankenşipin sözlərinə görə, “Facebook” və “İnstagram” sosial şəbəkələrinin sildiyi 18 milyon post dezinformasiyanın hələ çox kiçik bir hissəsidir: “Əslində internetdə COVİD-19 barədə həddən artıq saxta məlumat mövcuddur”.
Meri Blankenşip bu qədər saxta məlumatla müqayisədə 18 milyonun aşağı göstərici olduğunu deyib. O, həmçinin vurğulayıb: “COVİD-19 barədə dezinformasiya yayan milyardlarla tvit var. Ona görə də dezinformasiyanı əks etdirən postların əsl sayı olduqca yüksək ola bilər”.
“Global News” kanalı “Facebook” nümayəndəsindən istifadəçilərin “Facebook”da hansı sıxlıqda post paylaşdığını və COVİD-19 barədə dezinformasiyanın hansı aralıqda qeydə alındığını soruşanda şirkətin nümayəndəsi “məndə bu barədə konkret rəqəmlər yoxdur” deyib.
Şirkət həmçinin ölkələr üzrə dezinformasiyanın mənbəyi barədə də məlumat verməyib.
“Biz gələcəkdə bu sahədə şəffaflığın artırılması yollarını axtarmağa davam edəcəyik” deyə “Facebook”un nümayəndəsi bildirib.
“Facebook” şirkətinin mayın 19-da verdiyi bəyanatda qeyd olunur ki, sosial şəbəkə platformalarının siyasətlərinə uyğun gəlməyən məzmunla bağlı göstəriciləri daha dəqiq qiymətləndirmək məqsədilə şirkətdə “müstəqil audit” aparmaq üçün üçüncü bir tərəfi – “EY” peşəkar xidmətlər firmasını cəlb edib.
“Facebook” şirkəti həmçinin 2021-ci ilin birinci rübündə nifrət məzmunlu 10 milyon postun silindiyini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ötən ilin sonunda silinən nifrət məzmunlu postların sayı 6,4 milyon təşkil etmişdi.
Son aylarda sosial şəbəkələr dezinformasiyanın yayılmasında rol oynadıqlarına görə böyük tənqid atəşinə məruz qalıb. Bu cür narahatlıqların bir çoxu 6 yanvar iğtişaşları – ABŞ Konqresinin binasına (Kapitoliyə) hücum zamanı pik həddə çatıb. Sosial şəbəkələrin künc-bucağında kök salan uydurma fərziyyələr həmin gün Vaşinqtonun Kapitoli təpəsində zorakılığın nümayişi nəticəsində üzə çıxdı.
“Bu qlobal kommunikasiya platformaları hamıya tam sərbəst şəkildə bütün dünyaya istənilən fikri çatdırmağa imkan verir, eləcə də əsassız və ekstremist ideyaları gücləndirməyə və yaymağa şərait yaradır”. Bu fikirləri Dartmut Universitetinin professoru Rassel Mürhed səsləndirib.
Rassel Mürhed uydurma fərziyyələrin demokratiyaya təsirini araşdıran “Hamı deyir ki” adlı kitabın həmmüəllifidir. O, sosial şəbəkələr barədə bu sözləri yanvar ayında “Global News” kanalına müsahibə verərkən söyləyib: “Təkrarçılıq etibarlılığın yerinə keçib. Artıq heç kəs deyilən sözün nə qədər etibarlı olduğunu sorğulamır. Onlar əllərində bir şeyi bayraq ediblər: “hamı belə fikirləşir”, “hamı belə deyir”. İnsanlarda belə bir düşüncə formalaşıb ki, əgər bir məlumatı çox adam deyirsə, demək, ona inanmaq olar. Beləliklə, demokratiyada təkrarçılıq funksiyası həqiqət funksiyasını əvəzləyib”.
Kapitoli təpəsində baş verən iğtişaşlardan sonra sosial şəbəkələr internetdə yer alan nifrət məzmunlu çıxışları və dezinformasiyanı aradan qaldırmaq üçün bəzi gözlənilməz addımlar atdılar. Bu addımlardan biri ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın sosial şəbəkə hesablarının bloklanması idi.
Mayın 19-da “Facebook”un nümayəndələri çıxış edərkən söz azadlığının müdafiəsi ilə dezinformasiyanın qarşısının alınması arasında düzgün balans yaratmağa çalışdıqlarını bildirdilər.
“Biz söz azadlığını müdafiə məqsədilə federal qanunda aparılan islahatlara uyğun şəkildə internetdən istifadə qaydalarının yenilənməsini, eyni zamanda bizim platformalarımız kimi platformalarda insanların sağlamlığını təhlükə altında qoyan məzmunların silinməsini təşviq edən yanaşmanı dəstəkləyirik” deyə “Facebook” nümayəndələri qeyd etdilər.
“Facebook” şirkəti yeni “Şəffaflıq mərkəzi” yaratmaq üzrədir. Bu mərkəzdə nifrət məzmunlu postların necə silindiyi izah olunacaq.
Mərkəz “Facebook”un əməkdaşlarının şirkətin siyasətlərinə uyğun olmayan problemli məzmunun yayılmasının qarşısını almaq və insanlara hansı məlumatları klikləyə, oxuya, yaxud paylaşa biləcəklərini təklif edən əlavə kontekst təqdim etmək üçün nə kimi tədbirlər gördüyünü izah edəcək.
Meri Blankenşipin sözlərinə görə, bütün bu addımlar doğru istiqamətdə atılsa da, bir çox sahədə, xüsusilə də bu sosial şəbəkə platformalarının əsasını təşkil edən biznes modeli ilə bağlı hələ görülməli çox iş var: “Sosial şəbəkə platformaları gəlirlərinin çoxunu reklamlardan qazanır. Buna görə də onların məqsədi istifadəçilərin daim aktiv qalaraq reklamları izləməsini təmin etməkdir.
Belə biznes modelində sosial şəbəkələr üçün vacib olan şey sizin diqqətinizi çəkmək və uzun müddət onlayn qalmağınıza nail olmaqdır. Hamımız bilirik ki, insanlarda emosional reaksiyaya səbəb olan məzmunlar adətən daha çox diqqət çəkir”.
Meri Blankenşipin fikrincə, insanlarda qəzəb və ya qorxu oyadan dezinformasiya daha tez yayılır.
Blankenşipi narahat edən odur ki, artıq bir çox istifadəçi dezinformasiyanın qurbanına çevrildiyinə görə geriyə addım atmaq çox gec ola bilər: “Sosial şəbəkələrin öz platformalarında müəyyən standartlar tətbiq etmələri əslində yaxşı addımdır. Ancaq mənim fikrimcə, bu addım çoxdan atılmalı idi. Çünki indi siz dezinformasiyanın öhdəsindən gəlməyə çalışsanız da, əslində sosial şəbəkə saytlarında bir vakuum yaradırsınız”.
Blankenşip xəbərdarlıq edib ki, dezinformasiyaya məruz qalmış şəxslər heç bir standartı olmayan daha ekstremist saytlara üstünlük verə bilərlər: “Beləliklə, orada onların öz vakuumları olacaq. Bu vakuum isə sadəcə onlara öz yalanlarının təsdiqini tapmaq imkanı verəcək”.(Novator.az)
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 12:42
Sabah hava necə olacaq? - Proqnoz
17-05-2025, 13:59
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17-05-2025, 12:06
Sabahın hava proqnozu açıqlanıb
16-05-2025, 21:39
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
16-05-2025, 18:31
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
16-05-2025, 12:23
Sabahın hava proqnozu açıqlanıb
16-05-2025, 11:02
Nazirliyin keçmiş vəzifəli şəxsi həbsdə ölüb
16-05-2025, 10:33
Həbsdəki oğluna narkotik keçirmək istəyən qadın saxlanılıb
16-05-2025, 08:19
Rusiya jurnalist və siyasi fəal İlya Azarı axtarır
15-05-2025, 23:13
İcraçı direktor vəzifədən azad olunub
15-05-2025, 18:45
“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub - Fotolar
15-05-2025, 16:25
Ölən ulduzun səs yazısını mahnıya çeviriblər
15-05-2025, 14:16
Vəzifə arzusu həkimə baha başa gəlib - Məhkəmə prosesi
15-05-2025, 13:41
Sabah hava necə olacaq? - Proqnoz
15-05-2025, 11:44
Natiq Məmmədli: "Gənc jurnalistlərə demək istəyirəm ki..."
15-05-2025, 11:30
Məmurların cinayət işində prokurorluq əməkdaşı ifadə verib
15-05-2025, 09:58
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
15-05-2025, 00:12
Azərbaycanlı tələbənin meyiti 40 gün sonra Kür çayından tapılıb
14-05-2025, 23:10
İnsanlar Marsda yaşaya bilərmi?
14-05-2025, 19:38
Rusiya azərbaycanlı blogeri axtarışa verib - Foto
14-05-2025, 17:47
Zəngin qadın bahalı çanta götürməyi utancverici sayır
14-05-2025, 17:44
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür
14-05-2025, 17:02
Maşın 11-ci sinif şagirdini vuraraq öldürüb
14-05-2025, 16:01
İlhamə Elşadqızı: "Narkoman deyiləm..."
14-05-2025, 15:20
Keçmiş mətbuat katibi İcra Hakimiyyətindəki vəzifəsindən ayrılııb
14-05-2025, 12:42
Nazirliyin sabiq idarə rəisinin cəzası azaldılıb
14-05-2025, 12:29
Sabah leysan yağacaq
14-05-2025, 09:43
Ay torpağından oksigen hasil edəcəklər - Fotolar
13-05-2025, 23:00
Xəstəxanaya direktor təyinatı olub
13-05-2025, 21:12
Nalayiq hərəkətlər edən vəzifəli şəxs işdən qovulub
13-05-2025, 16:00
Magistraturalara imtahanın nəticələri elan olunub
13-05-2025, 15:02
Şərurlu İsfəndiyar məhkəməyə gəlib - Qalmaqal
13-05-2025, 12:46
Müəllimlərin sertifikasiya imtahanının vaxtı bəlli olub
13-05-2025, 12:34
Sabah yağış yağacaq
13-05-2025, 10:37
İnsan alveri: 11 nəfər beynəlxalq axtarışa verilib
13-05-2025, 09:48
İcra başçısı Ali Məhkəmənin qərarını icra etmir
13-05-2025, 08:21
Sakit okeanda zəlzələ baş verib
13-05-2025, 00:33
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil vəfat edib
12-05-2025, 21:24
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarılıb
12-05-2025, 18:26
Bir milyon dollarlıq qarışqa yükü tutulub - Foto
12-05-2025, 17:18
1868 müəllim iş yerini dəyişib
12-05-2025, 15:07
Daha 77 mina, 274 PHS aşkar ediblər - Foto
12-05-2025, 13:41
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
12-05-2025, 12:50
Buraxılış imtahanının cavabları açıqlanıb
12-05-2025, 12:37
GEM qızılca ilə bağlı məlumat yayıb
12-05-2025, 10:02
Rabitə naqilini dirəkdən kəsib oğurlayanlar tutulublar
12-05-2025, 08:12
Yerin nüvəsindən siqnallar gəlir
10-05-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
9-05-2025, 19:20
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
8-05-2025, 20:33
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub