Azərbaycanda polisə atəş açılıb, yaralanan var
Tarix: 21-05-2021 14:53 | Bölmə: Cəmiyyət
Azərbaycanda polisə atəş açılıb, yaralanan var

Qax rayonunda silahlı insident baş verib.

Reyting.az
xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb. Mübahisə zamanı naməlum şəxslər silahdan atəş açıb. Nəticədə polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}