Azərbaycan Ordusunun itkin düşən daha iki hərbçisinin nəşi tapılıb
Tarix: 22-05-2021 11:13 | Bölmə: Cəmiyyət
Azərbaycan Ordusunun itkin düşən daha iki hərbçisinin nəşi tapılıb

Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Respublika Hərbi Prokurorluğundan Reyting.az-a bildirilib ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq