Deputatlar sabah "Şuşa şəhəri haqqında” qanun layihəsini müzakirə edəcək
Tarix: 24-05-2021 15:47 | Bölmə: Cəmiyyət
Deputatlar sabah "Şuşa şəhəri haqqında” qanun layihəsini müzakirə edəcək

Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib.

Reyting.az
xəbər veirr ki, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah - mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, sənəd üç oxunuşda müzakirəyə çıxarılacaq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq