Bakı-Sumqayıt yolunda 5 avtomobil qəzaya uğrayıb - Fotolar
Tarix: 25-05-2021 00:01 | Bölmə: Cəmiyyət
Bakı-Sumqayıt yolunda 5 avtomobil qəzaya uğrayıb

Bakı-Sumqayıt şosseninin Bakının Binəqədi rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə bir avtomobil sürücüsünün səhvi nəticəsində qeydə alınıb.

“Lexus” markalı avtomobil idarəetmədən çıxaraq “Peuget” və “Hyundai” markalı avtomobillərə çırpılıb. Daha sonra digər “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü üç avtomobilin toqquşmasını görüb və sükana nəzarəti itirib. Nəticədə “Hyundai” “Mercedes” markalı mikroavtobusa çırpılıb.

Qəza nəticəsində “Peuget” markalı avtomobilin sürücüsü xəsarət alıb.










Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}