Maska taxmaq ləğv olunur, metro, iri ticarət mərkəzləri və məscidlər açılır - Brifinqdən video
Tarix: 25-05-2021 12:33 | Bölmə: Cəmiyyət
Maska taxmaq ləğv olunur, metro, iri ticarət mərkəzləri və məscidlər açılır - Brifinqdən video

Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunacaq.

Reyting.az
xəbər veirr ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Bundan əlavə, Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.

Həmçinin, mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Prezidentin köməkçisi iyunun 10-dan məscidlərin açılacağını da deyib. Əlavə edib ki, həmin tarixdən iri ticarət mərkəzləri ilə yanaşı, çimərliklər də açılacaq.

Eyni zamanda, Azərbaycanda iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək.





Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}