Azərbaycana Pfizer-BioNTech vaksini gətiriləcək
Tarix: 25-05-2021 13:25 | Bölmə: Cəmiyyət
Azərbaycana Pfizer-BioNTech vaksini gətiriləcək

“Bu gün Azərbaycanda kifayət qədər vaksin var. Peyvəndlə bağlı heç problem yoxdur. Bu gün vətəndaşlarımızın vaksin seçimi imkanı var”.

Reyting.az
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksinin gətirilməsi gözlənilir: “Dünyada istifadə olunan və ÜST tərəfindən təsdiqlənən vaksinlər Azərbaycan üçün əlçatandadır. Hər kəs könüllü şəkildə istədiyi vaksini vurdura bilər”.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}