DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
Tarix: 25-05-2021 13:45 | Bölmə: Cəmiyyət
DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində F.Əhmədov idarə etdiyi “Feldbinder” markalı qoşqulu yük avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vurub. Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində öüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq