Prokurorluq vəzifəli şəxslərlə bağlı araşdırmalara başlayıb - Açıqlamalar
Tarix: 25-05-2021 17:29 | Bölmə: Cəmiyyət
Prokurorluq vəzifəli şəxslərlə bağlı araşdırmalara başlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlayıb.

Reyting.az
-ın məlumatına görə, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ictimaiyyətə daha sonra bununla bağlı ətraflı məlumat veriləcək.

***

 Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlayıb.

Reyting.az
xəbər veirr ki, məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin prezidenti, qurumun idarəetmə şurasının sədri Novruzəli Aslanov Report-a  açıqlama verib.

O bildirib ki, məsələ araşdırılacaq: “Bizdə hələ ki, dəqiq bir məlumat yoxdur. Milli Məclisdən gəlmişəm, xəbərim yoxdur. Araşdıraq, baxaq nə məsələdir. İstintaqa cəlb olunan şəxs Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin sədri olub”.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}