16:30 / 29-10-2025
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
14:20 / 29-10-2025
Əməkdar artist vəzifədən azad olunub
14:08 / 29-10-2025
Keçmiş baş nazir: "Təqaüddə olan adamam..."
13:59 / 29-10-2025
Qarabağa yeni köç karvanları gedib - (Yenilənib)
13:33 / 29-10-2025
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
13:30 / 29-10-2025
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib - Sərəncam
13:27 / 29-10-2025
Dünya üzrə dövlət borclarının əsas hissəsi beş ölkənin payına düşür - Siyahı
13:19 / 29-10-2025
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
12:55 / 29-10-2025
Qərbi Azərbaycan məsələsi İstanbulda müzakirə olunub - Fotolar
12:42 / 29-10-2025
Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib - (Yenilənib)
12:39 / 29-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:24 / 29-10-2025
Sabiq deputat 3 milyonluq mənimsəmədə ittiham olunur
12:24 / 29-10-2025
AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır
12:17 / 29-10-2025
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunub
12:04 / 29-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda: Axar-Baxar Milli Parkının açılışı olub - Fotolar
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
11:29 / 29-10-2025
“Azexport” portalı ən yaxşıların sırasına daxil edilib - Fotolar
11:27 / 29-10-2025
Ağdərədə yük maşını aşıb, sürücü ölüb
11:08 / 29-10-2025
Mehriban Əliyeva: "Xalqlarımızın qürur mənbəyi olan Azərbaycan-Türkiyə birliyi və..."
11:06 / 29-10-2025
Cokerin yeni obrazı nəşriyyata təqdim olunub - Foto
11:01 / 29-10-2025
Qlobal ticarətdən asılı ölkələrə təhlükə yaranıb
10:45 / 29-10-2025
Astarada hamilə qadın toyundan sonra ölüb
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
16:11 / 27-10-2025
ASC-də nöqsanlar aşkar edilib
AzTV sədri milyonluq mülkləri zorla ələ keçirib - Siyahı
Tarix: 05-10-2017 10:38 | Bölmə: Cəmiyyət

Ölkə KİV-ləri bir müddət əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun 5 milyonluq daşınmaz əmlakından yazmışdı. Qeyd edilirdi ki, Alışanov 2009-cu ildən bəri aldığı əmlakları mənimsəmək məqsədilə həyatına sui-qəsd planı hazırlamaqda suçladığı Şücayət Əkbərovu bu ilin yanvarında həbsə atdırıb. Əkbərov istintaq materiallarında Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirməkdə də ittiham edilir.
Reyting.az saytı Gununsesi.info-ya istinadla xəbər verir ki, ilk baxışda Alışanovun belə bir rəsmi bəyanatda bulunduğuna adamın inanmağı gəlmir. Çünki 2005-ci ildə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” Qaydalarına görə prezident, Milli Məclisin sədri və bütün yüksək çinli məmurlarla yanaşı, dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərləri olan vəzifəli şəxslər də maliyyə xarakterli məlumatları Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edirlər. Səhmləri 100 faiz dövlətə məxus olan "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri də yaxşı bilir ki, həmin pulun mənbəyini bir gün ondan soruşa bilərlər. Mexanizmin hələlik işə düşməməsi cənab Alışanovu arxayın salıb. Baxmayaraq ki, bunun üçün nə vaxtsa mütləq hesabat verməli olacaq.
Xatırlayırsınızsa, çox da uzaq olmayan keçmişdə sabiq MTN generallarının işi üzrə istintaq materialları mətbuata sızmışdı və həmin materiallarda ayrı-ayrı əməkdaşların adına onlarla əmlak siyahısı "bir məmurun bu qədər pulu ola bilməz”,- dedirtmişdi. Əmlak siyahısı uzandıqca uzansa da, bəlli ki, adamların gözləri də doymurmuş. Arif Alışanovun ailəsinə aid mülkiyyət sənədləri də onun keçmiş MTN məmurlarından geri qalmadığını söyləməyə əsas verir.
Nigar Əlişanova 20 hektar torpağı niyə və necə alıb?
Əlimizdə A.Alışanovun qızı Nigar Əlişanovanın (qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 10644 A, mən 57) adına 8 ədəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var. Qeydiyyat tarixi 2009-cu il fevralın 26-na təsadüf edən 4 ayrı-ayrı torpaq sahəsinə dair çıxarışla Şamaxı rayonu Qızmeydan kəndində kənd təsərrüfatı təyinatlı, əkin üçün nəzərdə tutulan torpaqlardan birinin sahəsi 1.1124 ha, digəri 1.1346 ha, üçüncüsü 1.4466 ha, dördüncüsü 4.394109 ha təşkil edir. Kimdən və hansı qiymətə alındığı bilinmir. Ondan cəmi bir gün sonra – fevralın 27-də qeydiyyata alınan, yenə Qızmeydan kəndində ümumi sahəsi 5 ha olan torpaq sahəsi Nigar xanımın adına rəsmiləşdirilib.
Daha bir çıxarış Şamaxı rayonu Əhmədli kəndində 3.0374 ha torpaq sahəsinin sənədləri 2009-cu ilin may ayının 8-də tərtib olunub. Yenə eyni ildə, eyni gündə Qızmeydan kəndində 3.9467 ha torpaq N.Əlişanovanın adına alınıb.
Sonuncu çıxarış isə bu ilin fevral ayının 8-də tərtib olunub. Daşınmaz əmlakın satıcısı Şıxıyeva Aysel Fazil qızıdır. Əmlak Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Nizami Gəncəvi küçəsi 26 ünvanında 0.22 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.1 kv/m. olan fərdi yaşayış evidir. Sənədləşməyə görə də guya satıcı o boyda evi 25-cə min manata təklif edib, alıcı 20-cə minə alıb. Evin altındakı 22 sot torpağın isə cəmi 5 min manata satıldığı rəsmiyyətə salınıb. Bunlardan da yalnız 2033.25 + 550 manat vergi tutulub. Əməliyyatları Şamaxı rayon notariat kontorunun xüsusi notariusu Yaşar Eyyubov aparıb. Beləliklə, Şamaxı rayonunun iki kənd və bir qəsəbəsində N.Əlişanovanın ümumilikdə 20.2918 ha torpaq sahəsi və 271.1 kv/m. olan fərdi yaşayış evi var.
AzTV sədri qızı Aynura 35 hektar daşınmaz əmlak bağışlayıb
Alışanovun digər qızı Aynur Aşurbəyova da 2009-cu ilin fevral ayında 12 daşınmaz əmlak satın alıb. Bunlardan 8-i Şamaxı rayonunun Əhmədli (0.5506 ha; 0.525 ha; 1.149969 ha; 1.3545 ha; 1.806 ha; 3.0001 ha; 4.14 ha; 7.7125 ha; ), 3-ü rayonun Qızmeydan (1.3828 ha; 3.9468 ha; 4.5216 ha), 1-i də Nağaraxana kəndində (4.7202 ha) yerləşir. Nigarın da adına rayonun üç kəndində üst-üstə 34.81 ha torpaq sahəsinin olduğu rəsmən təsdiqlənir.
Alışanovun bacısı qızı zənginlər sırasındadır
Alışanovun bacısı qızı Cəfərova Nilufər Vidadi qızının da adına rayonda 4 daşınmaz əmlak var (qeydiyyat ünvan Bakının Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 126 A, mənzil 17). Alqı-satqı müqaviləsinin 1-i 2016-cı il dekabrın 3-də imzalanıb. Satıcı Almazova İlhamə Alxan qızıdır. Satış predmeti Şamaxı rayonu Çuxuryurd kəndindəki 2.1424 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1474.3 kv/m. təşkil edən daşınmaz əmlak kompleksidir. Satış qiyməti 80 min manat olub – 30 min manat torpaq sahəsi, 50 min manat da əmlak kompleksi üçündür. Müavilədə hansısa müəssisənin alışından söhbət gedir, adı qeyd olunmur. Satıcı İlhamə Namazovanın əvəzinə müqaviləni Şücayət Əkbərov, alıcı Nilufər Cəfərovanın əvəzinə isə Nigar Əlişanovanın sürücüsü Hacı Babayev imzalayıb. Buradan da H.Babayevin ailəyə yaxınlığı təsdiqlənir.
Digər 2 əmlakın alqı-satqısı bu ilin yanvar ayının 26-da aparılıb. Bu dəfə həbsdə olan Ş.Əkbərovun keçmiş həyat yoldaşı Sadıqova Səlimə Ənvər qızı əmlakını Nilufər Cəfərovaya "su qiyməti”nə satıb. Belə ki, S.Sadıqovaya məxsus Şamaxı rayonu Nağaraxana kəndində 0.11 ha torpaq sahəsində yerləşən 194.4 kv/m. fərdi yaşayış evi cəmi 28 min manata (25 min manat daşınmaz əmlak, 3 min manat torpaq sahəsi üçün) alınıb. Alqı-satqıda xanım özü iştirak etməyib, satıcı Sadıqovanı həmin vaxt nəyə görəsə Alışanovun yaxın qohumu, AzTV-də işləyən Nəbiyev Camal Qədim oğlu etibarnamə ilə təmsil edib. O gün Şamaxı rayonu Çuxuryurd kəndində S.Sadıqovaya məxsus 6.5429 ha torpaq sahəsi də cəmi 25 min manata N.Cəfərovanın mülkiyyətinə keçib. Burdan da cəmi 39.26 manat vergi tutulub. Səlimə xanımın əvəzinə yenə C.Nəbiyev müqaviləni imzalayıb.
Həbsdə olan adama hər şeyini "satdırdı”
Buradaca qeyd edək ki, Ş.Əkbərov bu ilin yanvarın 14-də həbs edilib və sözgedən müqavilə onun həbsindən 12 gün sonraya "təsadüf” edir. Bu alqı-satqının Əkbərovun həbsindən sonra baş tutması ortada bir zor tətbiq olunduğu qənaətini gücləndirir. Ən maraqlısı odur ki, "içəri”də olan Ş.Əkbərov da həmin gün Çuxuryurddakı 5.066 ha torpağını 25 min manata Nilufər xanıma "satıb”. Sənədlərin imzalanmasında S.Sadıqova və həbsdə olduğundan dolayı Ş.Əkbərov iştirak etməyib. Onları etibarnamə ilə Alışanovun qohumu C.Nəbiyev təmsil edib. Nilufər Cəfərovanın əvəzinə isə alqı-satqıda Elyasov Bəxtiyar Süleyman oğlu iştirak edib. Beləliklə, Alışanovun bacısı qızı N.Cəfərovanın da rayonda bütövlükdə 13.8613 ha torpağı, ümumi sahəsi 1668.7 kv/m. olan daşınmaz əmlak kompleksi və fərdi yaşayış evi var.
Keçmiş ərinə görə olan-qalanını əlindən alıblar
Səlimə xanım əmlakın onlardan zorla və əvəzsiz alındığını, sənəddə yazılan pulların üzünü görmədiyini söyləyir. Şikayətçi S.Sadıqova ərizəsində göstərir ki, AzTV QSC-nin İdarə Heyətinin sədri Arif Alışanov keçmiş əri Ş.Əkbərovu həbs etdirdikdən sonra ibtidai istintaqın ilkin mərhələsində prosessual qaydada sənədləşdirmə aparılmadan, təqsirləndirilən şəxslə nikahlarının 3 il əvvəl ləğv edilməsinə və ayrı təsərrüfatda olmalarına baxmayaraq ona, keçmiş əri və qohumlarına məxsus təxminən 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlakları zorakılıqla aldıraraq, qızı Nigar və bacısı qızı Nilufərin mükiyyətinə keçirib. Həm də əvəzsiz olaraq.
S.Sadıqova: "Şamaxı rayonunun Nağaraxana kəndində mənə məxsus ev Alışanovun bacısı qızı Nilufərin Cəfərovanın adına keçirilib. Etibarnamə zorakılıqla alınaraq Alışanovun işçisi Camal Nəbiyevə verilib, bunun əsasında da Nilufərin vəkalətli nümayəndəsi Elyasov Bəxtiyarla AN-1 0604751 saylı, 13 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlayıb və mülk əvəzsiz olaraq Nilufərin adına keçirilib. Rayonun Çuxuryurd kəndində yenə mənə məxsus 6.5429 ha torpaq sahəsinə Nəbiyevin adına etibarnamə alınmaqla AN-1 0604720 saylı, 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb, bu torpaq sahəsi də əvəzsiz olaraq Cəfərovanın mülkiyyətinə verilib. Bundan başqa, 17 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında şəhərin Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaqda ümumi sahəsi 200.6 kv/m. olan fərdi yaşayış evim də eyni qayda ilə Nilufərə ötürülüb. Yenə mənə bir qəpik ödənmədən”.
İstintaqın "xeyir-duası” ilə yağmalama
Sadıqovanın itkisi təkcə sadalananlarla bitməyib. Dediyinə görə, Alışanov yanvarın 17-də Şamaxı rayonundakı təsərüfatlarında onun mülküyyətində olan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq müqaviləsinə əsasən alınmış kənd təsərrufatı texnikaları – AGS165 otbiçən (rotorlu); 5 gövdəli asma təkərl P5 kotan; LKS-FGWS yemqıran; LKS-FS 800 gübrəsəpən;” Lukas” stasionar elektrikli yemqarışdıran; 4 gövdəli təkərli p4 kotan; "Belarus-892” traktorunu da hər hansı bir sənədləşmə aparmadan, razılığı soruşulmadan mənimsəyib.
S.Sadıqova: "Həmin texnikalar 9 aya yaxındır ki, A.Alışanovun Sabirabad, Zərdab və digər rayonlarındakı fermer təsərrüfatlarında istismar olunur. Bu yandan da "Aqrolizinq” tərəfindən mənə Pretenziya göndərərək 4455 manat ödəniş tələb edirlər. Daha sonra AzTV sədri fermer təsərrüfatımda olan 46 baş iri buynuzlu, 200 baş xırda buynuzlu heyvanı, 100-dən çox hinduşkanı, 300-ə yaxın toyuq-cücəni, anbarda olan tonlarla taxılımızı heç bir sənədləşmə aparmadan istintaqın "xeyir-duası” ilə açıq şəkildə talan edib”.
S.Sadlıqova deyir ki, bundan başqa, Zahirə Hüseynovanın Nağaraxana kəndindəki 5 ha torpaq sahəsi, Müsabi Namazovun rayonun Çuxuryurd kəndindəki ferması və Nağaraxanada olan evi Nilufərin adına keçirilib: "Daha sonra Şamaxı rayonun Mədrəsə kəndində yerləşən mülkün sahibi Aysel Şıxıyeva polis idarəsinə aparılıb, təzyiq altında atası Fazilin adına etibarnamə alınıb və sonuncu da mülkünü məcburiyyət qarşısında AN-1 0604747 saylı, 8 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Alışanovun qızı Nigar Əlişanovanın mülkiyyətinə verib. Şücayət Əkbərov 14 yanvar 2017-ci ildə həbs olunmasına baxmayaraq, bir neçə gün sonra Şamaxı rayon Polis Şöbəsinə aparılıb, notarius şöbəyə dəvət edilib, özünün dediyinə görə təzyiq və təhqir altında Şamaxının Çuxuryurd kəndindəki 5.066 ha torpaq sahəsi Alışanovun qohumu Camalın adına etibarnamə yazdırılaraq, yenə həmin qaydada Nilufərin mülkiyyətinə keçiriblər. Bununla bağlı AN-1 0604719 saylı 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur”.
Alışanovun qızlarının Şamaxıda 4 milyonluq əmlakı var
Emlak.az saytında Şamaxı rayonunda 100 kv/m. – yəni 1 sot torpaq sahəsinin qiyməti orta hesabla 2 min manat civarındadır. Misal üçün, rayonun özündə 200 sot kupçalı torpaq sahəsi bu ilin may ayında 400 min manata təklif olunub – sotu 2 min manat. Rayona çatmamış 20 ha meyvə bağı 300 minə satılır. Bir hektarı 15 min manatdan düşür. Sahə artıqca, qiymətin azaldığı hər kəsə məlumdur. Rayonun Pirqulu kəndində 7 hektar torpaq yarım milyon manata (hektarı 71 428 manat) təklif olunub. Daha bir elanla 478 sot torpaq 160 minə deyilib. Rayonun Çuxuryurd kəndində 75 sot 350 min (sotu 4 666 manat), Məlhəm kəndində 100 sot 250 min (sotu 2 500 manat), 300 sot 210 min (sotu 700 manat), 20 ha 250 min manat (hektarı 12 500 manat), Nağaraxana kəndində 32 sot torpaq 170 min (sotu 5 312 manat), Məlhəm kəndində 11 ha 1 milyon 760 min manat (hektarı 160 min), yenə Nağaraxana kəndində 12 sot 180 min (sotu 15 min manat), Çuxuryurdda 12 sot 195 min (sotu 16 250 manat), 66 sot 99 min (sotu 1500 manat), 48 sot 100 min (sotu 2 083 manat), 60 sot 220 min (sotu 3 666 manat), 4 ha 300 min (hektarı 75 min manat), Mədrəsədə 5 ha 250 min (hektarı 50 min manat), 1,5 ha 195 min (sotu 1300 manat), 2.2 ha 155 min (hektarı 70 454 manat), 20 sot 70 min manat (sotu 3 500 manat) olan kupçalı torpaqlar satılır. Bütün elanlar son üç ilə aiddir.
Alışanovun qızları iri torpaq sahələri aldıqları üçün biz də əsasən onlara uyğun olanlardan misal gətirməyə çalışdıq. Kiçik torpaq sahələri də kifayət qədər dəyərlidir. Çuxuryurd kəndində 12 sot torpaq 26 min manata satışa çıxarılıb – 1 sot torpaq 2200 manata təklif olunub. Nağaraxana kəndində 30 minə təklif olunan 15 sot torpaq da var. Yenə həmin kənddə 22 sot 35 min manata satışa çıxarılıb. Çuxuryurdda daha 6 sot 22 minə təklif olunub. Bu kimi faktlar xeylidir. Ucuz torpaqlar sənədsiz olanlardır. Alışanov ailəsi çıxarış aldığına görə, onlar hamısı sənədlidir. Fərz etsək ki, Şamaxıda 1 sot sənədli torpağın orta bazar qiyməti 1000 manatdır, 1 ha torpaq 100 min manat edər. Beləliklə, 69 ha torpağı Alışanovun ailəsi 6.9 milyon manata əldə etmiş olmalıdır. Lap heç orta qiymətlə də götürmürük, dəyər onun yarısı olsun – 100 kv/m.-i 500 manatdan hesablayaq. Belə çıxır ki, Alışanovun iki qızı və bacısı qızının adına təkcə Şamaxıda 3.5-4 milyon manatlıq daşınmaz əmlak var. Bu xanımların həmin vəsaiti haradan əldə etdiklərini soruşmaq əlbəttə vergi orqanlarının və Baş Prokurorluğun işidir. Çünki indi xərclənən pullar nə vaxtsa qazanılanda vergisi də ödənmiş olmalıdır. Yoxdursa, deməli aidiyyatı qurumlar korrupsiya riskini nəzərə almalıdırlar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:42
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Bu gün, 12:39
Sabah yağış yağacaq - Proqnoz
Bu gün, 11:27
Ağdərədə yük maşını aşıb, sürücü ölüb
Dünən, 17:59
Bakıda taxtalar yığılan ərazi yanır
Dünən, 15:29
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Dünən, 12:40
Sabahın hava proqnozu açıqanıb
Dünən, 07:36
Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub - (Yenilənib)
27-10-2025, 17:51
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
27-10-2025, 17:26
Nobel mükafatını ən çox hansı ölkənin təmsilçiləri alıb? - Siyahı
27-10-2025, 16:57
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
27-10-2025, 15:58
Bakıda və Abşeronda güclü külək olacaq - Xəbərdarlıq
27-10-2025, 15:19
Sel olacaq - Xəbərdarlıq
27-10-2025, 15:04
UNO hesab edilən kometa Yerə doğru istiqamət götürəcək - Foto
27-10-2025, 13:10
Audiovizual Şura MTV kanalı ilə bağlı protokol tərtib edib
27-10-2025, 13:08
Bağçalara işə qəbul üzrə keçid balları müəyyən olunub
27-10-2025, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
27-10-2025, 11:55
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istəyib
27-10-2025, 10:26
Bir yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
25-10-2025, 13:09
Sabah yağış yağacaq - Proqnoz
25-10-2025, 11:01
Metroda dava salan 4 nəfər saxlanılıb
24-10-2025, 17:49
Veteranlara verilən 80 manat artırılmayacaq
24-10-2025, 16:54
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
24-10-2025, 15:58
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
24-10-2025, 14:28
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
24-10-2025, 14:17
“Quş qripi” Almaniyanı təhdid edir
24-10-2025, 12:51
Sabah hava necə olacaq? - Proqnoz
24-10-2025, 12:01
Azərbaycana 14 kq-dan çox narkotik keçirmək istəyiblər
24-10-2025, 10:25
Sumqayıt, Xırdalan və Masazır üzrə avtobuslara hərəkət zolağı yaradılıb
23-10-2025, 16:52
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
23-10-2025, 15:59
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
23-10-2025, 15:09
Bakının iki rayonundakı qəzalı binalar sökülür
23-10-2025, 12:41
Sabah hava necə olacaq? - Proqnoz
23-10-2025, 12:13
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
23-10-2025, 12:09
Şirvanda 87 min manatlıq dələduzluq: Günalp Abdullayev saxlanılıb
23-10-2025, 11:32
Şəmkirdə maskalı şəxs evə basqın edib - Foto
23-10-2025, 11:14
Quldurlar avtobus sərnişinlərini qarət ediblər
23-10-2025, 09:30
Bakıda avtomobildə partlayış olub, yaralı var
23-10-2025, 09:29
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək