12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mikayıl Cabbarov: “Yeni imtahan modeli baş verən dəyişikliklərin nəticəsidir”
Tarix: 06-10-2017 13:50 | Bölmə: Cəmiyyət
Mikayıl Cabbarov: “Yeni imtahan modeli baş verən dəyişikliklərin nəticəsidir”

Təhsil naziri Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib.

Mikayıl Cabbarov deyib ki, ilk dəfə olaraq, bu sahə ilə məşğul olan Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il öncə xəbər verilib. Nazirin fikrincə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır.

O qeyd edib ki, imtahanların keçirilmə qaydasının dəyişdirilməsi format olaraq sadələşdirilməyə yönəlib. Bu, imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir: "İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır. 25 il öncə tətbiq olunan bir sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də edəcək. Lakin mütəmadi olaraq, baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. 9 il əvvəl məktəblərdə yeni tədris proqramı (kurikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir”.

M.Cabbarov bildirib ki, bu sahə ilə məşğul olan həmkarlarımız digər qonşu ölkələrin də təcrübəsini öyrənib baxarsa, aşkarlanar ki, bu gün Azərbaycanda bu sahədə müzakirə edilən dəyişikliklər heç də unikal deyil: “İki qonşu dövlətdə - Rusiya və Türkiyədə də oxşar proseslər gedib. Yəni, imtahan formatının təkmilləşdirilməsi, bu günün tələblərinə uyğunlaşdırılması, biliklərin əmək bazarının ehtiyaclarına uyğun qiymətləndirilməsi prosesi aparılır”.(APA)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər