14:32 / 24-07-2021
Tokio-2020: boksçumuz uduzub
Sabah hava qızmar olacaq
Tarix: 20-06-2021 11:27 | Bölmə: Cəmiyyət
Sabah hava qızmar olacaq

İyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 20-24 isti, gündüz 30-35 isti, Bakıda gecə 22-24 isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

İyunun 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}