10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
BMT: "Azərbaycanda çoxlu sayda qadın və qız hələ də zorakılığa məruz qalır"
Tarix: 25-11-2021 11:21 | Bölmə: Cəmiyyət
BMT: "Azərbaycanda çoxlu sayda qadın və qız hələ də zorakılığa məruz qalır"

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Gününə dair müraciət yayıb.

Reyting.az
Report-a istinadla xəbər verir ki, müraciətdə deyilir:

"Bu gün - 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Eyni zamanda Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəaliyyətə bu gündən start verilir.

Dünyada, həmçinin Azərbaycanda çoxlu sayda qadın və qızlar hələ də zorakılığa məruz qalır. Zorakılıq aktı təkcə qadınlara və qızlara deyil, onların ailələri və başqalarına təsir edir. Buna görə də cəmiyyətlərimizdə olan bu “utanc nişanəsini” aradan qaldırmaq üçün hər kəsin iştirakına ehtiyac var.

16 Günlük Fəallıq kampaniyası çərçivəsində BMT-nin ölkədəki agentlikləri hökumət, vətəndaş cəmiyyəti və inkişaf üzrə tərəfdaşları ilə birlikdə maarifləndirməni artırmaq və Azərbaycanda kişiləri, oğlanları qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə cəlb etmək üçün önəmli təşəbbüslər irəli sürəcək.

Kişilər və oğlanlar, ata, qardaş, həyat yoldaşı, dost və ictimai fəal kimi gender əsaslı zorakılığa qarşı mübarizədə, həm də gender bərabərsizliyini normallaşdıran dağıdıcı stereotiplərə qarşı çıxmaqda mühüm rol oynayır.

Builki Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə biz Azərbaycanda qadınlara və qızlara qarşı zorakılığı birdəfəlik aradan qaldırmaq üçün bütün kişiləri və oğlanları öz səylərini artırmağa çağırırıq!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}