10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb
Tarix: 14-01-2022 15:53 | Bölmə: Cəmiyyət
Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.

Məlumata görə, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.

Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}