Həkim: “Qaynar vannanı ilıq duşla əvəzləyin”
Tarix: 30-01-2022 22:26 | Bölmə: Cəmiyyət
Həkim: “Qaynar vannanı ilıq duşla əvəzləyin”

Nəfəs yollarında kəskin virus infeksiyası zamanı ya beşdəqiqəlik ilıq duş qəbul etmək, ya da bədəni nəm dəsmalla silmək məsləhət görülür.

Reyting.az
-ın məlumatına görə, bu açıqlamanı “RİA Novosti”yə Moskva şəhər səhiyyə departamentinin yaşlı əhaliyə tibbi-sanitar yardım üzrə böyük mütəxəssisi Andrey Tyajelnikov verib.

Həkimin sözlərinə görə, virusa yoluxmada şəxsi gigiyenanı unutmaq olmaz və ona riayət etmək olduqca vacibdir. “Axı, tərləmə zamanı toksinlər də ifraz olunur və dərinin səthini təmizləməklə, ona bu prosesin öhdəsindən gəlməkdə yardımçı olmaq lazımdır. Xəstənin vəziyyətindən asılı olaraq, gigiyenik qaydaları yumşaq üsullarla gözləmək lazımdır”, - deyən Tyajelnikov yoluxma dövründə xəstə özünü pis hiss edirsə, hərarəti yüksəlibsə, tərləyirsə, onda bədəni isti suda sıxılmış dəsmalla silməyin kifayət etdiyini, sonra da yaxşıca qurulanmağın vacibliyini vurğulayıb.

“Otaqda temperaturun normal həddə saxlanması, yelçəkənin olmaması mühüm şərtdir. Əgər xəstənin hərarəti yüksək deyilsə və özünü rahat hiss edirsə, bu halda qaynar vanna deyil, 5 beş-altı dəqiqəlik ilıq duş qəbulu faydalı olar. Əsas məsələ çox soyumaya və ya çox istiləşməyə yol verməməkdir”, - deyən mütəxəssis açıqlamasını bu sözlərlə bitirib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər