Natiq Cəfərli “QR-kod” və konslagerlərdən yazır
Tarix: 02-02-2022 16:26 | Bölmə: Cəmiyyət
Natiq Cəfərli “QR-kod” və konslagerlərdən yazır

“Dünya ölkələri yavaş-yavaş “QR-kod” adlı yeni, müasir “konslager” yanaşmasından imtina etməyə başlayır. “Konslagerlər”də insanların üzərinə yazılan rəqəmlərlə “QR-kod”-ların elə bir fəlsəfi fərqi yoxdur. Vətəndaşların haqq və hüquqlarını kobudcasına pozan “QR-kod” tədbiqi Britaniya, Danimarka, Hollandiya kimi ölkələrdə ləğv edilib, qonşu Gürcüstanda da “QR-kod”-lar, “yaşıl pasportlar” ləğv edilir, artıq ictimai məkanlara daxil olmaq üçün “COVİD-pasport” tələb olunmur”.

Reyting.az
xəbər verir ki, bu fikirlər iqtisadçı Natiq Cəfərliyə məxsusdur.

O, belə addımlar atılmasının izahının çox sadə olduğunu da qeyd edib:

“Təbiətin özü təbii vaksin olan “Omikronu” yaratdı, virusu adi qrip səviyyəsinə saldı, təsirlərini azaltdı, indi dünya bu məsələyə münasibətini dəyişib normal həyata dönməyə başlayır. Dünyanın azadlıqsevər xalqlarının həftələrdir yüzminlərlə insanların iştirakı ilə aksiyalar keçirməsi də hökumətlərin tutumunun dəyişməsində mühüm rol oynadı, oynamaqda davam edəcək”.

İqtisadçı qeyd edib ki, bizdə haqq və azadlıqlar lazımı səviyyədə qorunmurdu, indi isə ələ fürsət keçib ki, virusu bəhanə edib total nəzarət mexanizmləri yaratsınlar, qərarların məntiqini anlamaq da mümkün deyil:

“15 fevraldan “buster” doza qəbul etməyənlərin “QR-pasportu” ləğv edilir – çox mənasız qərardır. Yüzminlərlə vətəndaşımız hər iki doz vaksin aldıqdan sonra yoluxub-sağalıb, onların yoluxub sağalması artıq “buster” sayılır, həmin şəxslər nədən əlavə doza vaksin almalıdırlar ki?! “Buster” dozanı yaşlı insanlara, xroniki xəstəliyi olanlara tədbiq etmək daha doğrudur, ucdantutma hamını mənasız qadağalara görə “buster” vurdurmağa məcbur etmək yanlışdır! Yoluxub-sağalma ən gözəl “vaksindir”, ən dayanıqlı immunitet məhz belə yaranır! Deyirəm, bəlkə 15 fevralda tədbiqi nəzərdə tutulan haqlarımızı məhdudlaşdıran qərarın ləğvi tələbi ilə etiraz aksiyaları keçirməyin vaxtıdır?! Belə görünür ki, dünyada da insanların etirazı olmasa mənasız, “konslager” tədbiqinə bənzər “QR-kod, yaşıl pasport” yanaşması ləğv edilmir!”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər