İnfeksionist: “Koronavirus zamanı antibiotiklərdən istifadə doğru deyil”
Tarix: 02-02-2022 16:56 | Bölmə: Cəmiyyət
İnfeksionist: “Koronavirus zamanı antibiotiklərdən istifadə doğru deyil”

“COVİD-19-da və digər virus infeksiyalarında antibiotiklərin istifadə edilməsi doğru deyil”.

Bunu həkim-infeksionist Vüsalə Yaşar "Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, antibiotiklər bakteriyaların fəaliyyətini dayandırmaq üçün hazırlanmış preparatlardır:

"Onların virus əleyhinə heç bir aktivliyi yoxdur. Xəstəxanada yatanlar ağır xəstələr olduğu üçün 48 saat sonra onlarda ikincili bakteriyal infeksiyalar müşahidə edirik. Buna görə də məcburi antibiotik veririk. Çox təəssüf ki, yaxınları xəstəxanada işləyənlər ev şəraitində müalicələrdə antibiotiklərdən istifadə edirlər. Xəstəxanada yatan xəstə ilə, evdə müalicə alan eyni deyil. Hər bir xəstənin xüsusi müalicə qaydası var".

O deyib ki, koronavirusa qarşı vaksinasiyadan sonra qolda şişkinlik, ağrı müşahidə oluna bilər:

"Adətən bu hallar 48 saatı keçmir. Temperatur, həssaslıq, iynə yerində ağrı kimi hallara görə əsla narahat olmağa dəyməz. On mində, yüz mində görünən bir hadisəyə görə vaksinasiyadan imtina etmək olmaz"/APA.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}