Koronavirusa yoluxma niyə sürətlə artır? - Açıqlama
Tarix: 02-02-2022 18:04 | Bölmə: Cəmiyyət
Koronavirusa yoluxma niyə sürətlə artır?

"Gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır".

Reyting.az
xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, yayılan virus xüsusilə “Omikron” ştamıdır ki, onun da bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir:  “Omicron” əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, amma adıçəkilən ştam əsasən üst-tənəffüs yollarında olur. “Omicron”dan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır”.

F.Sədirov virusa yoluxmuş şəxsin yeddi günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib: “Əgər hazırda 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında bir nəfər ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxduruculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır. Əgər şikayətlər davam edərsə belə 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız 0-a yaxınlaşır”




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər