08:13 / 15-09-2025
Çində uçan naməlum obyekt vurulub?
08:08 / 15-09-2025
Husilər silahı yerə qoymağı düşünmürlər
08:01 / 15-09-2025
Gideon Saar Petro Sançesin hərəkətini “biabırçılıq” adlandırıb
07:55 / 15-09-2025
“Çarli Kirk şousu”nu Vens aparacaq
07:47 / 15-09-2025
Baş nazir: “İsrailə qarşı İslam ölkələrinin güc alyansını yaradaq”
07:39 / 15-09-2025
Azərbaycanda Bilik günü qeyd olunur
07:30 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

Şeyxülislam Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib - Fotolar
Tarix: 02-02-2022 19:12 | Bölmə: Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Özbəkistan Respublikasının ölkəmizdə Fövqəladə və səlahiyyətli səfiri qəbul edib.
Reyting.az xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Bildirilib ki, qardaş ölkələrimizin möhtərəm dövlət başçıları - Zati-aliləri cənab İlham Əliyev və Zati-aliləri cənab Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən dost Azərbaycan və Özbəkistan xalqlarının ümumi mənafelərinə xidmət edir.
Şeyxülislam A. Paşazadə İslam dünyasının ayrılmaz parçası olan, milli-mənəvi dəyərlərinə sadiq dünyəvi dövlət modellərinə malik Azərbaycan və Özbəkistan dövlətlərində milli-mənəvi irsə qayğı və dövlət himayəsini dəyərli nümunə kimi qiymətləndirib.
Görüşdə İslam dünyasının tanınmış elm, irfan məkanı olaraq təşəkkül tapmış mənəvi mərkəzlərindən biri olan Özbəkistanın dini-mənəvi məkanlarının tanıdılması vacibliyinə diqqəti çəkən səfir Bahrom Aşrafxanov ölkəsində bu istiqamətdə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib. Səfir bildirib ki, Özbəkistan prezidentinin tapşırığı ilə özbək hökuməti xüsusi qərar qəbul edib ki, Özbəkistanın dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu –Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərin təşkili «Allahşükür Paşazadənin izi ilə» devizi altında həyata keçirilsin. Səfir B. Aşrafxanov Şeyxülislam Allahşükür Paşazadənin Özbəkistanda böyük nüfuza malik olduğunu, hər zaman ehtiramla qarsılandığını vurğulayaraq adı çəkilən qərara əsasən nəzərdə tutulan, əsasən, Azərbaycandan, Qafqazdan təşrif buyuracaq zəvvarlar üçün ziyarət turunun tabloidini QMİ sədrinə təqdim edib. Şeyxülislam A. Paşazadə Özbəkistanı hər zaman ikinci vətəni saydığını, ömrünün təhsillə bağlı illərini bu ölkədə keçirdiyini, özbək xalqını və onun zəngin mədəniyyətini, mənəvi irsini yüksək dəyərləndirdiyini ifadə edib. İslamın elmi cəhətdən tədqiqi, müsəlman irsinin təbliği istiqamətində Özbəkistanın dünya miqyasında şöhrətinin təşviqində siyasi iradəsinin rolunu olduqca önəmli sayan A. Paşazadə şəxsinə olan hörməti özü üçün böyük nemət saydığını dilə gətirib, qədirbilən özbək xalqına, dövlətinə və onun müdrik dövlət başçısına ehtiramını və dərin minnətdarlığını bildirib. QMİ sədri xüsusi vurğulayıb ki, Özbəkistan dövləti prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə İslam İntibahı dövrünü yaşayır. Xalqının milli-mənəvi dəyərlərinə yüksək ehtiram bəsləyən Özbəkistan dövlət başçısı tərəfindən həyata keçirilən, qısa müddət ərzində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi, beynəlxalq tədqiqat mərkəzləri, elmi ocaqlarının yaradılması, özbək xalqının zəngin mənəvi irsinin xaricdə dərindən öyrənilməsinə və tanıdılmasına yönəlmiş dövlət siyasətinin nəticələri böyük əhəmiyyət kəsb edir. Şeyxülislam A. Paşazadə Özbəkistan liderinin İslam irsinə, mənəvi dəyərlərə ali himayə və diqqətini yüksək qiymətləndirib, Uca Allahdan onun bu möhtəşəm fəaliyyətinə xeyir-dualar diləyib.
Şeyxülislam A. Paşazadə Özbəkistana ziyarət turlarının Azərbaycanda maraqla qarşılanacağına əminliyini ifadə edib və bu nəcib işə uğurlar arzulayıb. QMİ sədri Özbəkistana ziyarət səfərlərilə bərabər yaxın gələcəkdə Azərbaycanın dini-mənəvi məkanlarına ziyarətlərin, o cümlədən, azad olunmuş Qarabağ torpaqlarına turların təşkil ediləcəyinə ümidvar olduğunu bildirib. Əlavə edib ki, Qarabağın dini-mənəvi, mədəni irsinə qarşı törədilmiş vandalizm halları ilə, habelə dövlətimiz tərəfindən mənəvi irsin bərpa və yenidənqurulması sahəsində görülən işlərlə ziyarətçilərin yerində tanış olmaq imkanı olduqca əhəmiyyətlidir.
Şeyxülislam A. Paşazadə özbək səfirə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə danışıb. QMİ sədri bildirib ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından uğurlu və perspektivli olub. A. Paşazadə qeyd edib ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən, Özbəkistanla əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulanıb.
Görüşdə Türk Dövlətləri Birliyi çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb. QMİ sədri A. Paşazadə qeyd edib ki, bu Birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.

Bölməyə aid digər xəbərlər

Bu gün, 08:13
Çində uçan naməlum obyekt vurulub?
Dünən, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb