Yenidən nəşr olunacaq Orfoqrafiya lüğətinə 50-100 söz artırılacaq
Tarix: 04-02-2022 12:19 | Bölmə: Cəmiyyət
Yenidən nəşr olunacaq Orfoqrafiya lüğətinə 50-100 söz artırılacaq

"Orfoqrafiya lüğəti bəzi düzəlişlər edilməklə təkrar nəşr olunacaq”.

Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, AMEA prezidentinin humanitar məsələlər üzrə müşaviri Möhsün Nağısoylu deyib.

O bildirib ki, yaxın zamanlarda işlərə başlanılacaq: “Lüğət mənim rəhbərliyimlə yenidən çap olunacaq. Lüğətdə elə ciddi dəyişiklik olmayacaq. Deyilən çatışmazlıqlar aradan qaldırılacaq. Çıxarılan “hörümçək” və digər sözlər lüğətə əlavə olunacaq. Lüğətdə 50-100 söz artırıla bilər. Lüğət "Elm" nəşriyyatı tərəfindən və daha çox tirajla çap olunacaq”/APA.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər