Teymur Musayev: "Dördüncü doza peyvəndin vurulması tövsiyə edilməyib"
Tarix: 10-02-2022 13:22 | Bölmə: Cəmiyyət
Teymur Musayev: "Dördüncü doza peyvəndin vurulması tövsiyə edilməyib"

“Hazırda Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə dördüncü doza peyvəndin vurulması tövsiyə edilməyib”.

Bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi ölkələr artıq koronavirus əleyhinə dördüncü dozanın vurdurulması qərarı verib: “Lakin Azərbaycanda bu gün üçün belə bir qərar yoxdur. İnsanlar öz istəyi ilə bu dozanı qəbul edə bilərlər. Hazırda 5-ci və 6-cı dozaların vurulmasının mənası barədə elmi araşdırmalar yoxdur. Bu baxımdan bir qədər səbirli olmaq lazımdır. Pandemiyanın gedişatı daim izlənilir. Nazirliyin tərkibindəki Elmi-Tibbi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər