12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 11-02-2022 12:25 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Azərbaycanda fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}