07:48 / 16-09-2025
Baş nazir Qüdsdən qaçıb?
Əli Əhmədov BQXK-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
Tarix: 23-06-2022 14:32 | Bölmə: Cəmiyyət
Əli Əhmədov BQXK-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

Nazirlər Kabinetindən Reyting.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq