Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib
Tarix: 23-11-2022 11:42 | Bölmə: Cəmiyyət
Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib

Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80 000 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər