Bakıda köşkə basqın olunub
Tarix: 23-11-2022 14:33 | Bölmə: Cəmiyyət
Bakıda köşkə basqın olunub

Bakıda köşkə basqın edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər