14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Jurnalist Səbuhi Məmmədli əməliyyat olunub
Tarix: 24-11-2022 17:27 | Bölmə: Cəmiyyət
Jurnalist Səbuhi Məmmədli əməliyyat olunub

A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan jurnalist Səbuhi Məmmədli əməliyyat olunub.

TƏBİB-dən Reyting.az-a verilən məlumata görə, əməliyyat uğurlu keçib və jurnalistin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, jurnalist Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb. Onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə dializ alır təmin edilir. Hazırda müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}