16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
İsmayıllıda mikroavtobus qəzaya düşüb - 8 yaralı var
Tarix: 05-12-2022 15:01 | Bölmə: Cəmiyyət
İsmayıllıda mikroavtobus qəzaya düşüb - 8 yaralı var

İsmayıllı rayonunda mikroavtobus ağaca çırpılıb, 7 sərnişin xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı mikroavtobusun sürücüsü - Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və mikroavtobusda olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər