13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Salyandakı “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq
Tarix: 05-12-2022 17:39 | Bölmə: Cəmiyyət
Salyandakı “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq

Yanvarın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

ETSN-dən bildirilib ki, hərrac 8 lot üzrə keçiriləcək və Salyan rayonundakı “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq.

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və yaxud ƏMDX-nın internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış olmaq mümkündür.

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Elanda göstərilən sənədlər 27 dekabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İƏMDX-nın Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər