21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazir təhsil idarəsində struktur dəyişikliyi edib
Tarix: 02-03-2023 17:51 | Bölmə: Cəmiyyət
Nazir təhsil idarəsində struktur dəyişikliyi edib
Elm və təhsil naziri Emin Əmrullayev

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparılıb. Reyting.az xəbər verir ki, elm və təhsil naziri bununla bağlı müvafiq əmr imzalayıb.

İdarədən bildiriblər ki, dəyişikliyin əsas məqsədi BŞTİ-nin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin olunmasından ibarətdir.

Yeni struktura uyğun olaraq bəzi sektorlar fəaliyyət dairəsinin uyğunluğu nəzərə alınaraq birləşdirilib. Ümumi sektor və Hüquq sektoru birləşərək Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru, Təminat və təchizat sektoru ilə Təsərrüfat sektoru birləşərək Təminat, təchizat və təsərrüfat sektoru adlandırılıb. Həmçinin Məktəbəqədər təhsilin təşkili sektoru yaradılıb, bəzi sektorların isə adları dəyişib.

Qeyd edək ki, BŞTİ 10 sektordan, Təlimə Dəstək Mərkəzindən, 6 xidmət və əməliyyat mərkəzindən ibarətdir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər