21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - Foto
Tarix: 23-03-2023 11:58 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Martın 22-də saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Məmmədbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Reyting.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildiriblər.

Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər