21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qanunsuz saxlanılan silah-sursat müsadirə olunub
Tarix: 25-03-2023 19:55 | Bölmə: Cəmiyyət
Qanunsuz saxlanılan silah-sursat müsadirə olunub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

“Reytinq”
qəzeti xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngləri aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, cari il ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 33 tüfəng vətəndaşlardan aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər