General Ramiz Tahirov ABŞ-da Milli Müdafiə Universitetini ziyarət edib
Tarix: 14-04-2023 13:31 | Bölmə: Cəmiyyət
General Ramiz Tahirov ABŞ-da Milli Müdafiə Universitetini ziyarət edib

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb.

Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb.

General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}