22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Yerdəyişmə üzrə elektron qeydiyyat mərhələsi yekunlaşıb
Tarix: 17-04-2023 12:49 | Bölmə: Cəmiyyət
Yerdəyişmə üzrə elektron qeydiyyat mərhələsi yekunlaşıb

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün ümumilikdə 7883 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib.

Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Vakant yer seçmək imkanı əvvəlcə şəhid ailələrinin üzvlərinə veriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyətə məlumat təqdim ediləcək.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb