21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xəstəxanalarda 6539 cinsi təcavüz hadisəsi baş verib
Tarix: 19-04-2023 07:17 | Bölmə: Cəmiyyət
Xəstəxanalarda 6539 cinsi təcavüz hadisəsi baş verib

İngiltərədəki Qadın Hüquqları Şəbəkəsi (WRN) təşkilatı xəstəxanalardakı cinsi təcavüzlərlə bağlı hesabat dərc edib. Hesabata görə, son 3 ildə İngiltərədəki xəstəxanalarda 6539 cinsi təcavüz və yaxud zorlama hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, qalmaqallı hesabatda bildirilir ki, 2019-cu ilin yanvarından 2022-ci ilin oktyabrına qədər Böyük Britaniyadakı xəstəxanalarda polis ən azı 2088 zorlama və 4451 cinsi təcavüz hadisəsi qeydə alıb. Sözügedən hadisələrlə bağlı cəmi 265 nəfər mühakimə olunub.

Hesabatda cinsi təcavüzə məruz qalanlar arasında 13 yaşından kiçik uşaqların da olduğu bildirilir.

Qeydə alınan cinayətlər arasında Vest Midlands xəstəxanasında yaşı 13-dən az olan qızın, eləcə də 16 yaşından yuxarı qadının qrup şəklində zorlanması halları da baş verib.

Polisdən alınan məlumatda qurbanların cinsiyyətinin dəqiq sayı verilməsə də, milli məlumatlara görə, zorlama qurbanlarının 5 faizindən azı kişilərdir.

Hesabatda qeyd olunur ki, 16 yaşından yuxarı kişilərə qarşı 13 zorlama hadisəsi baş verib, 13 yaşından kiçik bir oğlan da cinsi istismara məruz qalıb.

WRN-nin qurucusu Heather Binninq deyib ki, bu statistikalar ürküdücüdür:

“Bəzi üzvlər xəstəxana palatalarında qadın və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə etdikdən sonra araşdırmaya başladıq. Amma aşkar etdiklərimiz bizi dəhşətə gətirdi. Xəstəxanalarda hər həftə təcavüz və şiddətli hücumlar baş verir. Bütün bu qorxulu hadisələrlə yanaşı, cinayət törədənlər də cəzalandırılmır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər