13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 19-04-2023 11:55 | Bölmə: Cəmiyyət
Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, aprelin 18-i saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq