21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib
Tarix: 19-04-2023 14:47 | Bölmə: Cəmiyyət
Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib

Bakının marşrut xəttinə ilk elektrik mühərrrikli avtobus buraxılıb.

Reyting.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli özünün feysbuk səhifəsində yazıb.

V.Kərimlinin sözlərinə görə, avtobus Çindən alınıb və 33 sərnişin oturacağına malikdir: "Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVt/saat olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir".

BNA-nın rəhbəri bildirib ki, test müddətində elektirik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq: "Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək".

Yeni alınan avtobusların 76 %-i "Avro 6" standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər