18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ölkəmizdə koronavirusdan daha iki nəfər vəfat edib
Tarix: 27-04-2023 18:27 | Bölmə: Cəmiyyət
Ölkəmizdə koronavirusdan daha iki nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 811 nəfər müalicə olunaraq sağalıb, 10 235 nəfər vəfat edib, aktiv xəstə sayı 221 nəfərdir.

Ölkədə son sutka ərzində 1 437, hazırkı dövrədək isə 7 587 257 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}