18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Dəhşətli hadisə: ana körpəsini öldürərək ciyərini yeyib
Tarix: 28-04-2023 12:02 | Bölmə: Cəmiyyət
Dəhşətli hadisə: ana körpəsini öldürərək ciyərini yeyib

Keniyada şok hadisə baş verib. Yerli medianın məlumatına görə, dəhşətli hücumu pəncərədən müşahidə edən qonşular 24 yaşlı qadının himn oxuyarkən kiçik qızına çoxsaylı bıçaq zərbələri vurduğunu görüblər.

Reyting.az
xəbər verir ki, qonşular qızı xilas etmək üçün vaxtında qapını sındırmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Dərhal polisə xəbər verilib və əraziyə çoxlu sayda polis və tibbi yardım qrupu göndərilib. Hadisə yerinə gələn qruplar gözlərinə inana bilməyib və gənc qadın nəzarətə götürülüb.

Polisdən verilən açıqlamada qeyd olunur ki, qadın əvvəlcə qızını öldürüb, daha sonra isə bıçaqla özünə xəsarət yetirib.

Hadisənin ən vəhşi tərəfi qadının öldürdüyü qızının ciyərini yeməsidir.

Keniyada nəşr olunan “The Standard” qəzetinə danışan şahidlərdən biri deyib ki, qatil ana “Bir daha ağlamayacaqsan, balam, sonsuza qədər yatacaqsan”,- mahnısını oxuyurmuş.

Şahidlərdən biri qadının qızını öldürdükdən sonra qaraciyərini yediyini gördüyünü deyib. Uşağın parçalanmış cəsədi Kitengela xəstəxanasının meyitxanasına aparılıb.

Səlahiyyətlilər qadının psixi sağlamlıq problemlərinin olub-olmadığını müəyyən etmək istəyirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}