18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ana üç yaşlı qızını narkotikə dəyişərək zorlanmasına şərait yaradıb - Foto
Tarix: 28-04-2023 12:15 | Bölmə: Cəmiyyət
Ana üç yaşlı qızını narkotikə dəyişərək zorlanmasına şərait yaradıb

Üç yaşlı Luz Maida gecə yarısı anası tərəfindən oyadılaraq yad kişinin qucağına atılanda nə baş verdiyini anlaya bilməyib. Kiçik qızcığazı anası narkotik alverçisi olan sevgilisinə 10 lirə (20 manat) dəyərində narkotikə satıb.

Reyting.az
-ın məlumatına görə, bu hadisə Paraqvayda baş verib.

Kamera tərəfindən qeydə alınan görüntülərdə kiçik qız 42 yaşlı kişi tərəfindən zorlanaraq öldürülür.

Luz Maidanın cəsədi tərk edilmiş bir evdə çarpayıda köynəyə sarılı halda tapılıb. Cinayəti etiraf edən ana və sevgilisini yerli əhali linç etmək istəyib.

Polis həm ananı, həm onun sevgilisini, həm də hadisədə iştirak edən daha bir 17 yaşlı gənci həbs edib.

Luzun dəfn mərasimində 300-dən çox insan iştirak edib.

Qonşular meyitin tapıldığı evi yandırıblar.

İşi araşdıran detektivlərdən biri deyib ki, sözügedən ananın 30 yaşlı kişi tərəfindən cinsi istismara məruz qalmasına icazə verdiyi iddia edilən 12 yaşlı qızı da daxil olmaqla, daha 7 övladı var.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}