18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Tərtərdə mina partlayışı: 3 nəfər həlak olub - Yenilənib
Tarix: 28-04-2023 20:58 | Bölmə: Cəmiyyət
Tərtərdə mina partlayışı: 3 nəfər həlak olub

Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Reyting.az
ANAMA-ya istinadla xəbər verir ki, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

***

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}