18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ səfirliyi mina partlayışında həlak olanların ailələrinə baş sağlığı verib
Tarix: 29-04-2023 11:36 | Bölmə: Cəmiyyət
ABŞ səfirliyi mina partlayışında həlak olanların ailələrinə baş sağlığı verib

“ABŞ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatdır”.

Reyting.az
xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında yer alıb.

Səfirlik aprelin 28-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə əməkdaşlıq edən 3 nəfərin, o cümlədən mina partlayışları nəticəsində həlak olan və yaralanan digər azərbaycanlıların ailələrinə və yaxınlarına başsağlığı verib:

"Biz ANAMA ilə sıx əməkdaşlıq edirik və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatıq. Dövlət katibinin vurğuladığı kimi, ABŞ sülh danışıqlarının aparılmasına və bütün regionda sülhün təmin edilməsinə tərəfdardır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}