Meyitxana işçisi ölənlərin orqanlarını satıb - Qalmaqal
Tarix: 01-05-2023 17:09 | Bölmə: Cəmiyyət
Meyitxana işçisi ölənlərin orqanlarını satıb

ABŞ-da meyitxana işçisi ölənlərin beyin, gövdə, qol və ayağı da daxil olmaqla bir çox orqanlarını qanunsuz yolla satıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, ABŞ-ın Arkanzas ştatında baş verən hadisə bütün böyük əks-səda doğurub.

Arkanzasda meyitxananın keçmiş işçisi oğurlanmış bədən hissələrini “Facebook”da tanış olduğu şəxsə satdığı üçün saxlanılıb. 36 yaşlı Candake Kapman Skott tibbi cəsədlərdən götürülmüş ən azı 20 qutu bədən hissələrini 40 yaşlı Ceremi Li Pauliyə satmaqda ittiham olunur.



İddiaya görə, iş materiallarında qeyd olunan Skott ilk mesajında Pauliyə dəhşətli hadisə ilə bağlı aşağıdakı sualı verib: “Mumiyalanmış beyin istərdinizmi?”.

Skottun son doqquz ayda Paulinin döl, beyin, ürək, ağciyər və cinsiyyət orqanları kimi bədən hissələrini endirimli qiymətə satdığı iddia olunur.

Cümə günü açıqlanan ittiham aktına görə, Skott Arkanzas Mərkəzi Dəfn Xidmətində çalışıb. Pauli isə ittihamnamədə alıcı kimi göstərilməyib, başqa ittihamlarla qeyd olunub.



İddianamədən əldə edilən məlumata görə, Skot Pauliyə ağciyəri 1600 dollara satıb. Bundan əlavə, Skottun qol, ayaq, göbək parçaları kimi orqanları da satdığı bildirilir.

Skott iyunun 7-də məhkəmə qarşısına çıxarılacaq. Hakim Skottun qaça biləcəyini əsas gətirərək, məhkəməyə qədər həmin şəxsi dəmir barmaqlıqlar arxasında saxlanmasını istəyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər