İki milyon dollarlıq uranı satmaq istəyən şəxs həbs edilib
Tarix: 01-05-2023 18:35 | Bölmə: Cəmiyyət
İki milyon dollarlıq uranı satmaq istəyən şəxs həbs edilib

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti radioaktiv maddəni 2 milyon dollara satmağı planlaşdıran şəxsi saxlayıb.

Reyting.az
“Rustavi”yə istinadla xəbər verir ki, radioloji müayinədən sonra şəxsdən götürülən kütlədə uran aşkar edilib.

Məlumata görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsinin əməkdaşları ilə Gürcüstan Prokurorluğu ilə birgə keçirib.

Kəşfiyyat xidmətinin məlumatına görə, həmin şəxs radioaktiv maddəni Poti şəhərində 2 milyon dollara satmağa hazırlaşırmış.

Onu 10 ilə qədər həbs cəzası gözləyir.

Saxlanılan şəxslə bağlı əlavə məlumat verilmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər