Siyavuş Novruzov: "Nəvə-nəticələri bunlardan nə tərbiyə götürəcək?!"
Tarix: 02-05-2023 12:19 | Bölmə: Cəmiyyət
Siyavuş Novruzov: "Nəvə-nəticələri bunlardan nə tərbiyə götürəcək?!"

“Yaşlı adamların efirdə evləndirilməsi dəyərlərimizə ziddir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 2-də keçirilən plenar iclasında İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan demoktarik ölkə olduğundan hər kəs azaddır: “Ancaq bu gün 70 yaşlı adamları efirə evləndirməyə dəvət edirlər və onlar televiziyada ailə qururlar. Axı, bizim adətlərimiz, milli-mənəvi dəyərlərimiz var?! Düzdür, Rusiyada belə bir proqram var, ancaq onların da öz milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?! Ziyalılarımız bu məsələyə münasibət bildirməlidirlər. Çünki nəvə-nəticələri bunlardan nə tərbiyə götürəcək?! Dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bu dövləti hara aparırsınız?! 5 manat pul qazanırsız, amma xalqın tərbiyəsini pozmayın”.

Deputat həmçinin İTV-nin hazırladığı verilişlərlə digər telekanallardan fərqli olmağa çalışdığını da bildirib: “Amma həmin telekanalın bir neçə proqramında, xüsusilə də xəbərlərdə dəyişiklik yaxşı olardı. Bütün telekanallarda yayımlanan xəbərlər proqramı, demək olar ki, eynidir. Ona görə də xəbərlər proqramında müəyyən dəyişiklik iTV-nin fəaliyyəti üçün təqdirəlayiq olardı”(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər