Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 02-05-2023 13:10 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı olacağı ehtimalı var. Qeyd edilib ki, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq