7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilmə qaydası dəyişir
Tarix: 02-05-2023 13:29 | Bölmə: Cəmiyyət
7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilmə qaydası dəyişir

7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrəniləcək və nəzərə alınacaq.

Reyting.az
xəbər verir ki, bununla bağll Ailə Məcəlləsində dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə görə 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə, onun razılıq verməsi zəruri olacaq.

Digər dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın himayədar ailəyə verilməsi zamanı onun valideynlərinin (olduğu halda) və yerləşdiyi müəssisənin razılığı tələb olunmur.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər