Kəşfiyyat: "Rusiya “Vaqner”in əli ilə Belarusu müharibəyə cəlb etməyə hazırlaşır"
Tarix: 04-08-2023 15:27 | Bölmə: Dünya
Kəşfiyyat: "Rusiya “Vaqner”in əli ilə Belarusu müharibəyə cəlb etməyə hazırlaşır"

Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə hazırlaşır.

“RBK Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, bunun üçün Belarusun strateji obyekti olan Mozır neft emalı zavodunda təxribat hazırlanır: “Bu təxribatın həyata keçirilməsi “Vaqner”çilərə tapşırılıb. Rusiya bu təxribatdan sonra hadisədə Ukraynanı ittiham etməyi və beləliklə, Belarusu savaşa çəkməyə hazırlaşır”.

Qeyd olunub ki, Belarusda planlaşdırılan terror aktı ilə bağlı məlumat artıq Ukrayna Təhlükəsizlik Xidmətinə daxil olub.

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər