Yarım milyon sərnişin Zelenskiyə görə gözləməli olub
Tarix: 12-06-2024 08:27 | Bölmə: Dünya
Yarım milyon sərnişin Zelenskiyə görə gözləməli olub

Almaniyada Ukrayna liderinin almanları qəzəbləndirən səfərindən danışırlar.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə alman jurnalisti və hərbi mütəxəssis Julian Roepke “X” sosial səhifəsində yazıb.

“Vladimir Zelenskinin Almaniyaya səfəri ictimai nəqliyyatda gecikmələrə səbəb olub” – yazan jurnalist Ukrayna prezidentinin Almaniyaya səfərinin almanları necə qəzəbləndirdiyini qələmə alıb. Onun aydınlaşdırdığı kimi, Berlin şəhər dəmir yolunda yarım milyon sərnişin Zelenskiyə görə gözləməli olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər