21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Lukaşenko koronavirusa görə ABŞ və Çindən şübhələnir
Tarix: 30-06-2020 01:02 | Bölmə: Dünya / Xəbərlər
Lukaşenko koronavirusa görə ABŞ və Çindən şübhələnir

Belarus prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

Reyting.az
xəbər verir ki, Lukaşenko bu barədə Minsk şəhərində vətəndaşlar qarşısında çıxışında bildirib.

“Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, - Lukaşenko bildirib.

Belarus prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiyasi və iqtisadi rəqabətə də diqqət çəkib:

“Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”.(Teleqraf)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər