Putin Baş nazirə qadağa tətbiq edib - Səbəb
Tarix: 30-06-2020 11:07 | Bölmə: Dünya / Xəbərlər
Putin Baş nazirə qadağa tətbiq edib

Bundan sonra Rusiya Baş naziri ölkə prezidenti Vladimir Putinlə eyni təyyarədə səyahət edə bilməyəcək.

Reyting.az
xəbər verir ki, Rusiya prezidenti Putin yeni qərarı koronavirus səbəbindən verib.

Prezident Putin “Rossiya-1” telekanalına açıqlamasında bildirib ki, özünün və Baş nazirin eyni təyyarədə olmaması, həmçinin ayrı-ayrı təyyarələrdən istifadə edərək xidmət yerindən uzaqlaşmaması üçün yeni şərtlər tətbiq ediləcək.

Putin bu addımını “üzərimizə ölkədə olub bitənlərlə bağlı xüsusi məsuliyyət düşür”,- səbəbilə izah edib.

Rusiya Baş naziri Mixail Mişustinin xəstələndiyini xatırladan Putin əlavə edib ki, o zaman çox diqqətli hərəkət etmək və iş proqramları ilə bağlı duruma uyğun addım atmaq məcburiyyətin qalıb.

Rusiya lideri ayrıca insanlarla söhbət etməyi sevdiyini və bu səbəbdən də təcridin onun üçün bir sınaq olduğunu da deyib: “İnsanlarla təmasda olmaq məni içdən təmin edir. Ancaq şərtlərə uyğun olaraq iş poqramında dəyişikliklərin etməyin lazım gəldiyini yaxşı anlayıram”.

Putin deyib ki, Moskvada, Kommunarka qəsəbəsində koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanaya ziyarəti oradakı vəziyyəti əyani şəkildə görmək olub: “Hesabatlardan vəziyyəti öyrənmək fərqli, hadisə yerinə gedib durumu gözlərinlə görmək isə tam fərqlidir”.

Bununla belə Putin xəstəxananı ziyarətdən əvvəl mütəxəssislərlə görüşdüyünü və özünü necə qorumaqla bağlı məsləhət aldığını da gizlətməyib.

Qeyd edək ki, mediada Rusiya prezidentinin bunkerdə qaldığına dair iddialar ortaya atılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}